Şahruddin Məhəmmədəliyev üçün yeni baş məşqçi - RƏSMİ

Şahruddin Məhəmmədəliyev üçün yeni baş məşqçi - RƏSMİ

Türkiyə Superliqasında mübarizə aparan "Adana Dəmirspor"un yeni baş məşqçisinin adı açıqlanıb.

Mediasport.az xəbər verir ki, futbol üzrə Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin də çıxış etdiyi komandanı Hikmət Karaman çalışdıracaq. Onunla 1.5 illik sözləşməyə imza atılıb.

Xatırladaq ki, 63 yaşlı çalışdırıcı bir müddət öncə Adana təmsilçisinin baş məşqçi postundan uzaqlaşdırılan Patrik Klyuverti əvəzləyib.