Fatih Terim Azərbaycanın hansı klubundan təklif alıb?
Türkiyənin əfsanəvi məşqçisi Fatih Terim Azərbaycanda işləyə bilər.
MediaSport.az xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında "İmperator"un "Qalatasaray"da köməkçisi olmuş Nəcati Atəş deyib.
"Ay-ulduzlu" yığmanın sabiq forvardı bildirib ki, Terimə tez-tez Azərbaycanla yanaşı, Qətərdən də təkliflər gəlir: "O, məşqçilik karyerasını hələ başa vurmayıb və yenidən çalışmaq istəyir. Türkiyədə yalnız “Qalatasaray”da işləyər. Ancaq ölkə xaricində çalışması da mümkündür. Onu sevənlər, birlikdə çalışmaq istəyənlər çoxdur".
Atəş təcrübəli və titullu mütəxəssisin konkret hansı Azərbaycan klubundan dəvət aldığını açıqlamayıb.
Qeyd edək ki, Fatih Terim məşqçilik karyerası ərzində “Qalatasaray”dan başqa Türkiyə yığması və İtaliyada “Fiorentina” ilə “Milan”a da rəhbərlik edib.