Son çempion inamlı qələbə ilə birinci pilləyə şərik çıxıb

Son çempion inamlı qələbə ilə birinci pilləyə şərik çıxıb

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII turun bir oyunu keçirilib.

Mediasport.az xəbər verir ki, liderlər qrupunda qərarlaşan “Azərreyl” debütant “Gəncə” ilə qarşılaşıb.

"Dəmiryolçular" Voleybol Mərkəzində baş tutan dueldə rəqibinə asanlıqla qalib gəliblər - 3:0 (25:21, 25:18, 25:16).

Xal ehtiyatını 18-ə çatdıran son çempion “Abşeron”la birlikdə turnir cədvəlində şərikli lider olub.