Fərid Qayıbov Tacikistanın ölkəmizdəki səfiri ilə görüşüb
Gənclər və idman naziri Fərid Qayıbov yanvarın 8-də Tacikistan Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri İlhom Abdurahmonu qəbul edib.
Mediasport.az xəbər verir ki, nazir Azərbaycanda gənclər siyasəti və idman sahəsində son illərdə görülən işlər və qazanılan uğurlar haqda səfiri məlumatlandırıb.
Görüş çərçivəsində Azərbaycanla Tacikistan arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.