Qəbələdə Şəhid övladlarına təşkil olunan yay düşərgəsi yekunlaşıb
YAŞAT fondu, Peşəkar Futbol Liqası və “Badamlı” şirkəti tərəfindən Qəbələdə şəhid övladları üçün təşkil olunan yay düşərgəsi başa çatıb.
Mediasport.az xəbər verir ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan layihə 5 gün davam edib.
Düşərgə 8-12 yaş aralığında 30 şəhid övladını əhatə edib.
Düşərgə iştirakçıları Qəbələ şəhərinin ən gözəl məkanlarından olan Nohur göl və "Qəbələnd" əyləncə mərkəzində maraqlı vaxt keçiriblər.
Həmçinin uşaqlar "Qəbələ" İdman Klubunun prezidenti, karate üzrə dünya və Avropa çempionu, Vətən müharibəsi iştirakçısı Fariz Nəcəfovla görüşüblər.
Tanınmış "Wilderness cooking" "Youtube" kanalının sahibi Təvəkkül Aslanovun qonağı olan uşaqlar ona suallarını verib, təcrübələrini öyrəniblər.
İldə yalnız bir ay fəaliyyət göstərən Lavanda tarlaları da uşaqların marağına səbəb olub.
Düşərgənin əsas məqsədi şəhid övladlarına diqqət və qayğının artırılması, onlarda sağlam həyat tərzinin təbliğidir.
Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarının yadigarlarının xoş vaxt keçirmələrinə, onların istirahət etməsinə, tarixi-coğrafi yerlərlə tanışlıqlarına, yeni məkanlar kəşf etmələrinə nail olmaq əsas hədəflərdir.