Gənclər və idman naziri Fərid Qayıbov Odette Enqulu ilə görüşüb
Gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvü, Kamerun Milli Olimpiya və İdman Komitəsinin vitse-prezidenti Odette Assembe Enqulunu qəbul edib.
Mediasport.az xəbər verir ki, nazir qonağa ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.
Görüş zamanı idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.