Gənclər və idman naziri Fərid Qayıbov Blondeli qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov Blondeli qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov Avropa Paralimpiya Komitəsinin prezidenti Raymon Blondeli qəbul edib.

Mediasport.az xəbər verir ki, qonaq Azərbaycan milli komandasının Paris-2024 Yay Paralimpiya Oyunlarında qazandığı nəticə münasibətilə təbrik edib.

Görüş zamanı idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub. Eyni zamanda, Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev və baş katibi Toğrul Rəhimov da iştirak ediblər.