Heydər Əliyevin xatirəsinə həsr olunan turnir start götürür

Heydər Əliyevin xatirəsinə həsr olunan turnir start götürür

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan minifutbol turnirinə noyabrın 25-də start veriləcək.

Mediasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının təşkilati dəstəyi ilə keçiriləcək yarışda 52 dövlət qurumu, şirkət və müxtəlif təşkilatların komandaları mübarizə aparacaq.

2024-cü il mayın 6-dək davam edəcək turnirin qarşılaşmaları şənbə və bazar günləri baş tutacaq.

Noyabrın 25-də Bakı Tennis Akademiyasında açılış mərasimi də gerçəkləşəcək.