Gimnastlarımız beynəlxalq turniri qızıl medalla başa vurdular

Gimnastlarımız beynəlxalq turniri qızıl medalla başa vurdular

Azərbaycan gimnastları Bolqarıstanda keçirilən “Plovdiv Cup Aerobics Open” beynəlxalq turnirində uğurla çıxış ediblər.

Mediasport.az xəbər verir ki, qarışıq cütlüklərin yarışında Vladimir Dolmatov və Mədinə Mustafayeva qızıl medal qazanıblar.

Bolqarıstan turniri gimnastlarımız üçün sentyabrın 27-29-da İtaliyanın Pesaro şəhərində keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır.