Kiçik yaşlı gimnastlarımız Sarayevoda medallar qazanıblar

Kiçik yaşlı gimnastlarımız Sarayevoda medallar qazanıblar

Bosniya və Herseqovinanın Sarayevo şəhərində 7-12 yaşlı gimnast qızların XXI Olimpiya Kuboku Beynəlxalq turniri keçirilib.

Mediasport.az xəbər verir ki, Azərbaycan idmançıları yarıdşa uğurla çıxış edərək medallar qazanıblar.

Meydan sahibləri ilə yanaşı, Serbiya, Xorvatiya, Monteneqro, Şimali Makedoniya və Azərbaycandan ümumilikdə 400-dək gimnast iki gün ərzində Sarayevonun mərkəzindəki Ramiz Salçin adına İdman Sarayında yarışıblar.

Bakıda fəaliyyət göstərən “Sportsboks” idman məktəbinin kiçik yaşlı gimnastları məşqçi Kamilla Kazımovanın rəhbərliyi altında çıxış ediblər.

Münsiflər heyətinin qərarı ilə Dilşad Babayeva, Arzu Sadiq, Selin Məmmədova, Sofiya Cəfərova, Suel Quluzadə, Amira Eynullayeva, Sürəyya Zeynalova birinci, Minayə Ələsgərova və Suel Şükür ikinci yerə layiq görülüblər.

Qaliblərə xatirə medalları, sertifikatlar və qiymətli hədiyyələr təqdim edilib.