YENİLƏNDİ: Ağamirova universiadada 3 medal qazandı - "Çendu-2023"

YENİLƏNDİ: Ağamirova universiadada 3 medal qazandı - "Çendu-2023"

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Çinin Çendu şəhərində keçirilən XXXI Ümumdünya Yay Universiadasında 3 medal qazanıb.

MediaSport.az xəbər verir ki, idmançı gürz və halqalarla gümüş, lentlə hərəkətdə isə bürünc medala layiq görülüb.

Millimizin lideri gürzlərlə hərəkətdə 29.150 xal, halqa ilə hərəkətlərdə 31.800 xal, lentlə hərəkətdə isə 30.850 xal toplayıb.