Gələn il Dünya çempionatı İstanbulda keçiriləcək - YEKUN QƏRAR

Gələn il Dünya çempionatı İstanbulda keçiriləcək - YEKUN QƏRAR

U-17-lər arasında güləş üzrə Dünya çempionatının keçiriləcəyi ölkə dəqiqləşib.

mediasport.az xəbər verir ki, birincilik 2023-cü ildə Türkiyənin İstanbul şəhərində təşkil olunacaq.

Bu barədə Dünya Güləş Birliyi (UWW) qərar qəbul edib.

Yarış iyulun 31-dən avqustun 6-dək keçiriləcək. Həmin vaxt böyüklər arasında Dünya çempionatının Serbiyanın paytaxtı Belqradda təşkil edilməsi nəzərdə tutulub.