Yunan-Roma güləşçimiz Olimpiya Oyunlarında medal qazana bilmədi

Yunan-Roma güləşçimiz Olimpiya Oyunlarında medal qazana bilmədi

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında üçüncü yer uğrunda görüşə çıxıb.

Mediasport.az xəbər verir ki, 130 kq çəki dərəcəsində yarışan idmançı iranlı Amin Mirzəzadə ilə qarşılaşıb.

Rəqibinə 0:4 hesabı ilə məğlub olan təmsilçimiz yarışı mükafatsız başa vurub.

Paris-2024 avqustun 11-də başa çatacaq.