Olimpiya komandamızın posteri təqdim edildi - Paris-2024

Olimpiya komandamızın posteri təqdim edildi - Paris-2024

İyulun 26-da Fransanın paytaxtı Parisdə start götürəcək Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək komandamızın posteri təqdim olunub.

Mediasport.az xəbər verir ki, 4-illiyin zirvə yarışında 48 idmançımız ümidləri doğrultmağa çalışacaq.

Onlar 15 idman növü üzrə 17 proqramda mübarizə aparacaqlar.

Olimpiada avqustun 11-dək davam edəcək.

Gənclər və İdman Nazirliyi yarış müddətində istifadə ediləcək həştəqləri də paylaşıb - #teamaze #bizsizeinaniriq #haydiazerbaycan #haydibizimkiler