Beynəlxalq Cüdo Federasiyası qaliblər posterində Hidayət və Zelimə də yer verdi - FOTO

Beynəlxalq Cüdo Federasiyası qaliblər posterində Hidayət və Zelimə də yer verdi - FOTO

Beynəlxalq Cüdo Federasiyası (İJF) Paris-2024 Yay Olimpiya çempionlarının posterini rəsmi sosial şəbəkə hesabında paylaşıb.

Mediasport.az xəbər verir ki, fotokollajda cüdo üzrə 4 illiyin zirvə yarışının qızıl medalçıları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) də daxil olmaqla, qaliblərin hamısı yer alıblar.

Xatırladaq ki, Azərbaycan iyulun 26-da start götürmüş olimpiadada 48 idmançı ilə təmsil olunub. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edib.

Komandamızın heyətində cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.

Taekvondoçu Qaşim Maqomedov (58 kq), boksçu Loren Alfonso Dominges (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medal qazanıblar.

Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 207 ölkə arasında 30-31-ci yerləri bölüşdürüb.