"Kəpəz" 8500 manat cərimələnib - Hakimi və rəqibi təhqir edən futbolçularına ağır cəza verilib
AFFA İntizam Komitəsi "Kəpəz"in futbolçusu Olavale Onanuqanı da sərt cəzalandırıb.
Mediasport.az xəbər verir ki, 27 yaşlı nigeriyalı forvard Azərbaycan Premyer Liqasının XXXIII turun “Sumqayıt”la oyununu 90+2-ci dəqiqəsində hakimi təhqir edib.
Komitə birbaşa qırmızı vərəqə alan afrikalı hücumçuya 2 oyun şərti olmaqla 4 oyunluq cəza verib. Sınaq müddəti 3 ay təyin edilib.
Gəncə təmsilçisi buna görə 3000 manat cərimə ödəyəcək.
Qərblilərin digər futbolçusu Martins Junior ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra rəqib komandanın texniki zonasına qeyri-etik ifadələr işlətdiyinə, onları təhqir etdiyinə görə 4 oyun cəzalanır, “Kəpəz” klubu 3000 manat cərimə edilir (maddə 43.3);
“Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);
“Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Kəpəz” klubu 800 manat cərimə edilir (maddə 52.1);
“Kəpəz” klubunun azarkeşləri tərəfindən hakimlər kütləvi şəkildə təhqir edildiyinə görə “Kəpəz” klubu 1000 manat cərimə edilir (maddə 43.7);
“Sumqayıt” klubunun 6 nömrəli futbolçusu Vüqar Mustafayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Sumqayıt” klubu 500 manat cərimə edilir (maddə 36.5)