Azərbaycan 2-ci Liqasında "Ayın qolu" layihəsinin ilk qalibi seçildi

  Azərbaycan 2-ci Liqasında "Ayın qolu" layihəsinin ilk qalibi seçildi

Azərbaycan 2-ci Liqasında "Ayın qolu" layihəsinin ilk qalibi mükafatlandırılıb.

Mediasport.az xəbər verir ki, bu ada "Dinamo" Futbol Klubunun üzvü Valeh Seyidov layiq görülüb.

Sentyabrın ən yaxşı qolunun müəllifinə mükafatı 7-ci turun "Dinamo" - "Saatlı-Araz" görüşündən əvvəl Peşəkar Futbol Liqasının Yarışların Təşkili və Qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev təqdim edib.