“Heydər Əliyev İli”nə həsr olunan açıq birincilik təşkil ediləcək
Noyabrın 26-da Qarabağ Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Şuşa Rayon Uşaq və Gənclər İdman Məktəbi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunan açıq birincilik keçiriləcək.
Mediasport.az xəbər verir ki, yeniyetmə oğlanlar və qızların mübarizə aparacağı cüdo yarışı Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində təşkil olunacaq. Birincilikdə 30-dan çox komandanın iştirakı nəzərdə tutulub.
Yarışın keçirilməsində əsas məqsəd oğlanlar və qızlar arasında cüdonun inkişaf etdirilməsi, eləcə də idmançıların yarış təcrübəsini artırmaq və vətənpərvərlik ruhunun təbliğidir.