"Playmakers" layihəsi üzrə məşqçi-müəllimlər seminarda iştirak etdilər

  "Playmakers" layihəsi üzrə məşqçi-müəllimlər seminarda iştirak etdilər

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə təşkil olunan "Playmakers" layihəsinə cəlb olunan məşqçi-müəllimlər üçün seminar keçirilib.

Mediasport.az xəbər verir ki, AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində baş tutan seminara 25 məşqçi-müəllim qatılıb.

"Playmakers" layihəsinin təlimatçıları Gülyana Özcan və Ofeliya Qafarova tərəfindən keçirilən seminarda iştirakçılara layihə haqqında ümumi məlumat verilib. Seminar nəzəri və praktiki hissələrdən ibarət olmaqla keçirilib.