Tovuzda sizi gözləyirlər - FOTO

Tovuzda sizi gözləyirlər -  FOTO

“Turan Tovuz” Futbol Akademiyasına seçimlərə start verilib.

Mediasport.az xəbər verir ki, seçimlərin ilk günündə Tovuz şəhər stadionunda 2010-2012-ci il təvəllüdlü futbolçuların sınağı aparılıb.

Seçimlərdə akademiya koordinatoru Rasim Əliyev və bütün məşqçi heyəti iştirak edir.

2010, 2011 və 2012-ci il təvəllüdlü futbolçuların seleksiya məşqləri 25 iyuladək davam edəcək.

26 iyul tarixindən isə 2006-2009-cu il təvəllüdlü futbolçuların seçimləri baş tutacaq.

Bu yaş qrupunun seçimləri iyulun 30-dək davam edəcək.