Bakıda Heydər Əliyevin xatirə turnirinin açılış mərasimi keçirildi

Bakıda Heydər Əliyevin xatirə turnirinin açılış mərasimi keçirildi

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumlarının əməkdaşları arasında 3-cü minifutbol turnirinin açılış mərasimi keçirilib.

Mediasport.az xəbər verir ki, Bakı Tennis Akademiyasındakı tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və digər qurum rəhbərləri iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yarışda 40 dövlət qurumunun komandaları 4 qrupda mübarizə aparacaq.