Hidayət Heydərov Qətərdə mübarizəyə qoşulur - Dünya çempionatı-2023

Hidayət Heydərov Qətərdə mübarizəyə qoşulur - Dünya çempionatı-2023

Qətərin paytaxtı Dohada keçirilən Dünya çempionatında Azərbaycanın daha bir cüdoçusu bu gün mübarizəyə başlayacaq.

mediasport.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən ikiqat Avropa çempionu Hidayət Heydərov 1/16 final mərhələsində mübarizəyə qoşulacaq.

Təmsilçimiz Adil Osmanov (Moldova) - Martin Hojak (Sloveniya) cütünün qalibi ilə qarşılaşacaq.

Daha əvvəl oğlanlarda Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), qızlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar. Yarış mayın 14-də yekunlaşacaq.