Rəşad Əliyev “A” kateqoriyalı hakimlik lisenziyasını əldə edib
Polşanın paytaxtı Varşava şəhərində cüdo hakimləri üçün “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim imtahanı keçirilib.
Mediasport.az xəbər verir ki, imtahanda Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər heyətinin üzvü Rəşad Əliyev də iştirak edib.
Hakimlər nəzəri hissəyə dair imtahan veriblər. Daha sonra, 24-25 fevralda keçirilən cüdo üzrə böyüklər arasında Açıq Avropa turnirində görüşləri idarə edərək praktiki imtahan cəlb olunublar.
Həm nəzəri, həm də praktiki imtahanı yüksək nəticə ilə keçən Rəşad Əliyev “A” kateqoriyalı yüksək hakimlik lisenziyasını əldə edib.