Hovuzda boğulan milli üzvünün müqavilə maaşı ailəsinə ödəniləcək
Yunanıstanın "Panatinaikos" klubu ötən həftə faciəli şəkildə dünyasını dəyişmiş Corc Baldokun müqavilədə qeyd olunan maaşını ailəsinə ödəyəcək.
Mediasport.az xəbər verir ki, Afina təmsilçisi bu barədə qərar qəbul edib.
"Panatinaikos", həmçinin, gələn il Yunanıstan millisinin üzvü üçün xatirə matçı keçirəcək.
Xatırladaq ki, ingilis əsilli yunan müdafiəçi "ağ-yaşıllar"a 2024-cü ilin mayında "Şeffild Yunayted"dən transfer edilmişdi.
Yeni klubunda cəmi 3 oyun keçirmiş Baldok 2022-ci ildən dəvət aldığı Yunanıstan yığmasında 12 görüşdə forma geyinmişdi.
Futbolçu oktyabrın 9-da Afina yaxınlığında Qlifada yaşadığı mənzilin hovuzunda ölü tapılmışdı.