İDDİA: Sabiq HK sədri Barış Şimşək yenidən ölkəsində çalışa bilər
Türkiyə Futbol Federasiyasın (TFF) Hakimlər Komitəsinin ("Merkez Hakem Kurulu" - red.) rəhbəri vəzifəsinə AFFA Hakimlər Komitəsinin sabiq sədri Barış Şimşək gətirilə bilər.
Mediasport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Superliqada hakim qərarlarına yönəlmiş tənqidlər günü-gündən artdığı üçün hazırkı sədr Fərhad Gündoğdu ilə yolların ayrılması nəzərdə tutulub.
Xatırladaq ki, Barış Şimşək vaxtilə TFF-də VAR koordinatoru vəzifəsini icra edib.