İdman jurnalistlərinin komandası Gürcüstanda üçüncü oldu

İdman jurnalistlərinin komandası Gürcüstanda üçüncü oldu

Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində tanınmış futbol şərhçisi Kote Maxaradzenin xatirəsinə həsr olunmuş idman jurnalistləri arasında futbol turniri başa çatıb.

mediasport.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən idman jurnalisləri üçüncü yeri tutub.

Qrup mərhələsində üç oyundan ikisində qalib gələn jurnalistlərimiz yarımfinala adlayıb. Finalın bir addımlığında komandamız Qazaxıstana məğlub olub.

Finalda Gürcüstana qalib gələn Qazaxıstan isə turnirin qalibi olub.