İdmançılarımız Qazaxıstanda 3 qızıl medal qazandılar

İdmançılarımız Qazaxıstanda 3 qızıl medal qazandılar

Kamandan oxatma üzrə gənclərdən ibarət komandamız Qazaxıstanın Astana şəhərində keçirilən “Qran-Pri Qazaxıstan” beynəlxalq turnirində iştirak ediblər.

mediasport.az xəbər verir ki, idmançılarımız yarışda uğurlu nəticə ilə yadda qalıblar.

Hüseynli Fatimə, Banuxatun Məmmədova və Kazımzadə Zahid bütün rəqiblərindən üstün olaraq qızıl medal qazanıb.