Ümumdünya Şahmat Olimpiadası: Milli komandalarımızdan heç-heçə
Macarıstanın paytaxtı Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.
Mediasport.az xəbər verir ki, 8-ci turda Azərbaycan milliləri heç-heçə ediblər - 2:2.
Kişi şahmatçılarımız buna qədər Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) və Qazaxıstanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub.
Qadınlardan ibarət komandamız Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1) və Vyetnamdan (2,5:1,5) üstün olub, Argentina, Ukrayna ilə heç-heçə edib - 2:2, Qazaxıstana məğlub olub - 1:3.
Ümumdünya Şahmat Olimpiadası. 8-ci tur
Kişilərin mübarizəsi
Aydın Süleymanlı - Daniele Vocaturo 0,5:0,5
Nicat Abasov - Lorenzo Lodiçi 0,5:0,5
Rauf Məmmədov - Françesko Sonis 0,5:0,5
Şəhriyar Məmmədyarov - Sabino Brunello -0,5:0,5
Qadınların mübarizəsi
Günay Məmmədzadə - Marina Brunello 0,5:0,5
Ülviyyə Fətəliyeva - Olqa Zimina 1:0
Gövhər Beydullayeva - Yelena Sedina 0,5:0,5
Xanım Baladjayeva - Culiya Sala 0:1