"Qarabağ"ın Avroliqa rəqibi evdə qol şousu göstərdi - VİDEO

"Qarabağ"ın Avroliqa rəqibi evdə qol şousu göstərdi - VİDEO

UEFA Avropa Liqasının əsas mərhələsində "Qarabağ"a rəqib olacaq "Ayaks" Niderland çempionatında 5-ci turdan təxirə salınan ev görüşünə çıxıb.

Mediasport.az xəbər verir ki, Amsterdam təmsilçisi doğma meydanda "Fortuna Sittard"ı darmadağın edib.

İtalyan Françesko Fariolinin baş məşqçisi olduğu kollektiv keçirdiyi 3 oyundan sonra 6 xalla 7-ci pillədə qərarlaşıb.

Azərbaycan çempionunun niderlandlılarla dueli oktyabrın 24-də Bakıda baş tutacaq.


Niderlnd Erediviziyası. 5-ci tur


"Ayaks" - "Fortuna Sittard" 5:0

Qollar: Kennet Teylor, 9, Bertran Traore, 24, Yuri Baas, 58, Devayn Renç, 71, Çuba Akpom, 87.