Elxan Məmmədova vəzifə verildi

Elxan Məmmədova vəzifə verildi

FİFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov yeni vəzifəyə təyin olunub.

Mediasport.az xəbər verir ki, o, sözügedən qurumda Üzv Assosiasiyaların direktoru vəzifəsini icra edəcək.

AFFA-nın keçmiş icraçı vitse-prezidentinin müavini İsveçrə millisinin sabiq yarımmüdafiəçisi Jelson Fernandeş olub.

Məmmədov noyabrın 1-dən etibarən yeni vəzifəsinin icrasına başlayacaq.