Azərbaycan beynəlxalq turnirdə 5 idmançı ilə təmsil olunacaq

  Azərbaycan beynəlxalq turnirdə 5 idmançı ilə təmsil olunacaq

19-22 sentyabrda Macarıstanda kayak və kanoe üzrə "Olimpiya ümidləri" beynəlxalq turniri keçiriləcək.

Mediasport.az xəbər verir ki, Seqed şəhərində təşkil olunacaq yarışda Azərbaycanı böyük məşqçilər Mirnazim Cavadov və Boqdan Kurudzun rəhbərliyi ilə 5 idmançı təmsil edəcək.

Amil Ramazanov, Əlimurad Hacızadə, Niyaz Məlikov və Elvin Əliyev kayak, Cavid Vəlizadə kanoe növündə mübarizə aparacaq.