İdmançılarımız universiadada 7 medal qazanıblar

İdmançılarımız universiadada 7 medal qazanıblar

Azərbaycan idmançıları Qazaxıstanda keçirilən II Türk Dövlətləri Universiadasında 7 medal qazanıblar.

Mediasport.az xəbər verir ki, milli üzvləri 3 qızıl, 2 gümüş, 2 bürünc medala yiyələniblər.

Bayraqdar cüdoçumuz Ramilə Əliyeva (48 kq) ilə ganaşı, sərbəst güləşçilər Camal Abbasov (61 kq) və Sabir Cəfərov (70 kq) da Universiadanın qalibi olublar.

Sərbəst güləşçilərdən Aydın Əhmədov (125 kq) ikinci, Sahib Dadaşov (79 kq) üçüncü yeri tutublar.

Digər cüdoçulardan isə Eltac Yusifli (66 kq) fəxri kürsünün ikinci, Elcan Şəfiyev (81 kq) üçüncü pilləsinə qalxıb.