Daha bir taekvondoçumuz Dünya çempionatında uduzdu
Meksikanın Qvadalaxara şəhərində keçirilən taekvondo üzrə Dünya çempionatı davam edir.
mediasport.az xəbər verir ki, Azərbaycanın daha bir idmançısı yarışda uğursuz çıxış edib. 74 kq-da yarışan Eltac Qafarov təsnifat mərhələsində Çin Taypeyindən olan Çenqçi Veyə uduzub.
Bu gün mübarizəyə 63 kq çəki dərəcəsində təmsilçimiz Sədri Həmidrza qoşulacaq. İranlı legionerimizin rəqibi özbəkistanlı Niyaz Pulatov olacaq.
DÇ-də 8 takevondoçu ilə təmsil olunan ölkəmiz hələlik yalnız Cavad Ağayevin hesabına medal qazanıb. 68 kq-da yarışan idmançımız bürünc medala yiyələnib.