Azərbaycanda 28 May - Müstəqillik Günü bayramı qeyd olunur

Azərbaycanda 28 May - Müstəqillik Günü bayramı qeyd olunur

Azərbaycanda 28 May - Müstəqillik Günü qeyd olunur.

Əsası 1918-ci ildə qoyulan müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 106 il ötür.

1990-cı ildən Respublika Günü bayramı bayramı kimi qeyd olunan bu günün adı 15 oktyabr 2021-ci ildə dəyişdirilərək Müstəqillik Günü adlandırılıb.

Bünövrəsi ictimai-siyasi və dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə tərəfindən qoyulmuş Azərbaycan Xalq Cümhuriyyətinin ömrü 23 ay olsa da, bu respublika azərbaycanlıların tarixi yaddaşında ilk dövlətçilik təcrübəsi kimi tarixə düşüb.

Azərbaycanın Demokratik Respublikasının üç rəngli ilk bayrağı da məhz 1918-ci il 9 noyabr tarixində Məhəmməd Əmin Rəsulzadənin təklifi əsasında qəbul edilib.

Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət kimi yaddaşlarda qalıb.