İJF prezidenti milli komandaların Təlim-Məşq Mərkəzində olub

İJF prezidenti milli komandaların Təlim-Məşq Mərkəzində olub

Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində olub.

Mediasport.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev görüş zamanı qonağı mərkəzdə yaradılan şəraitlə tanış edib.

Marius Vizer İJF-nin standartlarına cavab verən tatamilərlə təchiz olunmuş zallar və fiziki məşq zalı ilə tanış olub.

O, həmçinin psixoloq, həkim, fizioterapiya və masaj otaqlarına baxış keçirib, idmançıların ilkin reabilitasiyası və müalicəsi üçün istifadə olunan cihaz, avadanlıqlar və müasir resurslar haqqında məlumat əldə edib.