Erməniyə qalib gələn Cəsur İbadlı Avropa çempionatının 1/4 finalında
Yeniyetmə cüdoçular arasında Avropa çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yarışın 2-ci günündə Azərbaycan millisinin 5 idmançısı mübarizəyə qoşulub.
Yığmamız yarışın ilk günündə iki medal qazanıb. Bahadır Feyzullayev (50 kq) qızıl, Məhəmmədəli Hüsiyev (50 kq) bürünc əldə edib.
Avropa çempionatı. Oğlanların mübarizəsi
66 kq
Səlim Sultanov Samuel Brisuda (Slovakiya) üzərində qələbə qazansa da, Yaroslav Bunakova (AİN) məğlub olub.
73 kq
Cəsur İbadlı yarışa ikinci mərhələdən başlayıb. Burak Senquru (Türkiyə) mübarizədən kənarlaşdıran cüdoçumuz Tiqran Saruxanyanı (Ermənistan) da məğlub edərək 1/4 finala adlayıb
Qızların mübarizəsi
52 kq
Vüsalə Hacıyeva Keyt Krisholma (Böyük Britaniya) məğlub olub. Aysun Məmmədova Yanka Yutner (Macarıstan) səddini keçə bilməyib.
57 kq
Aytən Verdiyeva Amili Sçerbova (Çexiya) ilə görüşdə qalib gəlsə də, Hili Zakroiskiyə (İsrail) məğlub olub.