İdman Araşdırmaları Mərkəzi ilin qaliblərini açıqladı - SİYAHI

İdman Araşdırmaları Mərkəzi ilin qaliblərini açıqladı -  SİYAHI

İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin Qalibləri - 2022" layihəsi üzrə "Qızıl onluq" adlı mükafatlandırma mərasimi keçirilib.

mediasport.az xəbər verir ki, "Sahil" otelində təşkil olunmuş tədbirdə müxtəlif nominasiyalar üzrə 54 KİV-i təmsil edən idman jurnalistləri arasındakı sorğunun nəticələri açıqlanıb.

Eyni zamanda, İAM-ın xüsusi mükafatları təqdim edilib.


Nominasiyalar üzrə qaliblər

İlin İdman Xadimi - Fərid Qayıbov (Gənclər və idman naziri)

İlin Əcnəbi Futbolçusu - Kadi Borges ("Qarabağ")

İlin Futbolçusu - Emin Mahmudov ("Neftçi")

İlin İdmançısı - Eldəniz Əzizli (Yunan-Roma güləşçisi), Gövhər Beydullayeva (şahmatçı - qadınlar arasında)

İlin Komandası - "Qarabağ", minifutbol üzrə Azərbaycan yığması (milli komandalar arasında)

İlin Məşqçisi - Qurban Qurbanov ("Qarabağ")

İlin İdman Yarışı - Yunan-Roma güləşi üzrə Dünya Kuboku


Xüsusi mükafatlar

Kütləvi idman baxımından İlin Fəal Federasiyası - Azərbaycan Minifutbol Federasiyası

"İlin Qalibləri" layihəsinə daimi dəstək verdiklərinə görə Etibarlı Tərəfdaş - "Report" İnformasiya Agentliyi, "IlAzero" geyim brendi


"İlin Qalibləri - 2022" layihəsinin baş sponsoru "Azfar Group", sponsoru "IlAzero", təşkilati dəstəkçisi Qusar Olimpiya İdman Kompleksi, informasiya dəstəkçisi isə "Report" agentliyidir.