İngiltərədə "Qarabağ"ı dəstəkləmək istəyənlər azarkeşlərin nəzərinə!

İngiltərədə "Qarabağ"ı dəstəkləmək istəyənlər azarkeşlərin nəzərinə!

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Tottenham" (İngiltərə) - “Qarabağ” matçını “Tottenham Hotspur Stadium"da izləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər "iTicket.az"da onlayn şəkildə satışa çıxarılıb.

Mediasport.az xəbər verir ki, Ağdam klubunu dəstəkləmək istəyən azarkeşlər əldə etdikləri vauçerləri oyun günü stadionun "Block 503" sektorunun qarşısında yerləşən məntəqədə biletə dəyişməlidir.

Biletlərin qiyməti 80 AZN-dir.

Azarkeşlər vauçerləri şəxsiyyət vəsiqələri ilə biletə dəyişə bilərlər.

Vauçerləri biletə dəyişmək üçün kassalar oyunun start fitindən 2 saat öncə açılacaq.

Qeyd edək ki, qarşılaşma sentyabrın 26-sı Bakı vaxtilə saat 23:00-da start götürəcək.