Kriştiano Ronaldoya Ərəbistanda 117 min dollarlıq saat hədiyyə etdilər

Kriştiano Ronaldoya Ərəbistanda 117 min dollarlıq saat hədiyyə etdilər

“Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında “Jakob&Co” mağazasının Ər-Riyaddakı açılışında iştirak edib.

mediasport.az xəbər verir ki, 38 yaşlı superulduza unikal dizaynla hazırlanmış saat hədiyyə olunub.

“Heart of CR7 Baguette” adlanan saat 26 ağ brilyantla əhatələnib. Brendin üz tərəfində portuqaliyalının məşhur qol sevinci əks olunub. Hədiyyənin qiyməti 117 min dollardır.