Yığma komandamızın aparıcı üzvündən Fələstinə dəstək - FOTO
Azərbaycan yığma komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev Fələstinə dəstək nümayiş etdirib.
Mediasport.az xəbər verir ki, İsraillə Qəzza zolağında yaşanan qanlı münaqişəyə reaksiya verən "Adana Dəmirspor"un qolkiperi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Millimizin 29 yaşlı üzvü Qüdsdəki məşhur "Əl Əqsa" məscidini ziyarət etdiyi zaman çəkilmiş fotosunu paylaşaraq "Dualarımız Fələstinlə olacaq, inşallah" sözlərini yazıb.