Millimizin üzvü komandasını məğlubiyyətdən xilas edə bilmədi
Niderland 1-ci divizionunda 18-ci turun oyunlarına start verilib.
mediasport.az xəbər verir ki, millimizin futbolçusu Ozan Can Kökçünün şərəfini qoruduğu “Eyndhoven” doğma meydanda "Venlo" ilə qarşılaşıb.
Ozanın ikinci hissədə oyuna daxil olduğu görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Futbolçumuz 84-cü dəqiqədə sarı vərəqə almaqla yadda qalıb.
Aktivində 32 xalı olan "Eyndhoven" 20 komandalı çempionatda 4-cü pillədə qərarlaşıb. Lider "Herakl"dan 11 xal geri qalırlar.