İspaniyadakı turnirdə Azərbaycanı təmsil edəcək gimnastlar bəlli olub
İspaniyanın Saraqosa şəhərində baş tutacaq bədii gimnastika üzrə beynəlxalq turnirdə Azərbaycan gimnastları da iştirak edəcəklər.
Mediasport.az xəbər verir ki, məşqçi Yevgeniya Vilyayevanın rəhbərliyi altında yarışda Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Ləman Əlimuradova, Zeynəb Hümmətova və Darya Sorokina iştirak edəcək.
Nigar Abdusalimova və Vəfa Bəkərova hakim, Akif Kərimli isə xoreoqraf kimi iş başında olacaq.
Turnir iyulun 5-6-da keçiriləcək.