Azərbaycan karateçiləri beynəlxalq turnirdə 3 medal qazanıblar

Azərbaycan karateçiləri beynəlxalq turnirdə 3 medal qazanıblar

Azərbaycan karateçiləri Birləşmiş Ərəb Əmirliklərinin Əl-Füceyrə şəhərində keçirilən Karate1 turnirində 3 medal qazanıblar.

Mediasport.az xəbər verir ki, beynəlxalq yarışda yığma üzvlərindən ikisi qızıl, biri isə gümüş mükafata yiyələnib.

16-17 yaşlı gənc qızların liqasında Gülay Orucova (59 kq) birinci, oğlanlar arasında Fərid Hacızadə (55 kq) ikinci yeri tutub.

14-15 yaşlı yeniyetmələrin yarışında isə Nəsimi Musayev (70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.