Premyer Liqada püşk atıldı - Turun ilk oyunu avqustun 11-də keçiriləcək

Premyer Liqada püşk atıldı - Turun ilk oyunu avqustun 11-də keçiriləcək

Futbol üzrə İngiltərə Premyer Liqasında 2023/2024-cü illər mövsümünün püşkü atılıb.

"mediasport.az xəbər verir ki, 1-ci turun ilk oyunu avqustun 11-də keçiriləcək.

Son çempion "Mançester Siti" səfərdə "Bernli” ilə qarşılaşacaq. Turun mərkəzi matçı avqustun 13-nə təyin edilib. Londonda "Çelsi" və "Liverpul" komandaları üz-üz gələcək.

Premyer Liqada mövsümə 2024-cü il mayın 19-da yekun vurulacaq.