Maks Ferstappen vaxtından əvvəl üçqat dünya çempionu olub

Maks Ferstappen vaxtından əvvəl üçqat dünya çempionu olub

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula 1” üzrə dünya çempionatının 18-ci mərhələsində - ABŞ Qran Prisində sprint yarışının qalibi olub.

Mediasport.az xəbər verir ki, yarış Ostində (Texas) Amerikanın dövrəsində keçirilir.

İkinci yeri “Mercedes”dən britaniyalı Lyuis Həmilton tutub. “Ferrari”nin pilotu monakolu Şarl Lekler 3-cü sırada qərarlaşıb.

Son mərhələnin nəticələrinə əsasən, Ferstappen ümumi hesabda vaxtından əvvəl qələbəsini təmin edərək, üçqat dünya çempionu olub. Niderlandlının 441 xalı var, onun komanda yoldaşı meksikalı Serxio Peres (228) ikinci, Hemilton isə üçüncü yerdədir (201).

Ostin mərhələsi sprint yarışını əhatə edən mövsümün beşinci mərhələsi idi.

2023-cü ildə daha altı belə Qran-pri olacaq.