Karrager tanımadı, əfsanəvi Tyerri Anri "Qarabağ" haqda məlumat verdi - VİDEO

Karrager tanımadı, əfsanəvi Tyerri Anri "Qarabağ" haqda məlumat verdi - VİDEO

Məşhur "CBSSports" telekanalında yayımlanan verilişdə maraqlı hadisə yaşanıb.

Mediasport.az xəbər verir ki, tanınmış aparıcı Keyt Abdo-Skott proqramın daimi ekspertləri Ceymi Karrager və Mayka Riçardsa bu il Avropa Liqasında oynayan klubların ölkələrini tapmağı təklif edib.

Sualların biri "Qarabağ"a aid olub.

"Bu klub hansı ölkəni təmsil edir?" sualına 3 cavab variantı verilib: Gürcüstan, Qazaxıstan, Azərbaycan. 

Riçard cavabı doğru tapıb, Karrager isə Qazaxıstanın adını çəkib. Digər ekspert Tyerri Anri klubumuz haqda qısa məlumat verib.

O, təmsilçimizin 1-ci Qarabağ müharibəsi zamanı doğma Ağdamdan didərgin düşdüyünü, oyunlarını paytaxt Bakıda keçirdiyini qeyd edib.