Azərbaycan Premyer Liqasında ilk turun oyunları məlum oldu - PÜŞK

Azərbaycan Premyer Liqasında ilk turun oyunları məlum oldu - PÜŞK

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümünün püşkatma mərasimi baş tutub.

Mediasport.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan mərasimdə PFL-in prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov, bu qurumun media və marketinq direktoru Sənan Abdullayev, həmçinin Yarışların Təşkili və Qeydiyyat şöbəsinin rəhbəri Elçin Mehdiyev iştirak edib.

E.Abbasov yeni mövsümlə bağlı bəzi məlumatları diqqətə çatdırıb, ardınca püşkatma keçirilib.

33-cü dəfə keçiriləcək və 10 komandanın iştirakı ilə baş tutacaq yarışa avqustun 2-də start veriləcək.


Azərbaycan Premyer Liqası. 1-ci tur


"Araz-Naxçıvan" - "Qarabağ"

"Şamaxı" - "Sabah"

"Zirə" - "Səbail"

'Neftçi" - "Turan -Tovuz"

"Sumqayıt" - "Kəpəz"