"Qarabağ"da yeni vinger - RƏSMİ

"Qarabağ"da yeni vinger - RƏSMİ

"Qarabağ" yay transfer pəncərəsində növbəti keçidini reallaşdırıb.

Mediasport.az xəbər verir ki, Ağdam klubu hücumameylli yarımmüdafiəçi Emmanuel Addaini "Alkorkon"dan (İspaniya) "rənglərinə bağlayıb".

"Köhlən atlar" 23 yaşlı qanalı ilə 2 illik müqavilə imzalayıblar.

Addai "Alkorkon"a qədər Fransada "Bobinyi" klubunda (2021-2022) çıxış edib.