Koimbrada ölkəmizi təmsil edən gimnast qızıl medala sahib çıxıb

  Koimbrada ölkəmizi təmsil edən gimnast qızıl medala sahib çıxıb

Azərbaycan gimnastı Aleksey Krataşov Portuqaliyada "Coimbra Gym Fest" beynəlxalq turnirində uğurlu çıxış edib.

Mediasport.az xəbər verir ki, o, Koimbra şəhərində keçirilən turnirdə batut gimnastikası və tamblinq üzrə qızıl medal qazanıb.