İdmançımız dünya yaş qruplarında bürünc medal qazanıb
Azərbaycan gimnastı Aleksey Karataşov Böyük Britaniyanın Birmingem şəhərində keçirilən 30-cu dünya yaş qruplarında bürünc medal qazanıb.
Mediasport.az xəbər verir ki, idmançımız tamblinq üzrə yarışda 3-cü yeri tutub.
Milli komanda noyabrın 19-dək davam edəcək mötəbər turnirdə tamblinq növündə 3 gimnastla (Aleksey Karataşov, Bilal Qurbanov, Hüseyn Əsədullayev) təmsil olunub.